Gəncədə “Art Terapiya”nın bir növü olan “Mandala” haqqında təlim keçirilib. Bu haqda Gəncə Gənclər Evi məlumat paylaşıb.
Dərslər əyani formada psixologiya kursunun rəhbəri Günel Hüseynli tərəfindən keçirilib.
Paylaşımda deyilir ki, art terapiya emosiyalar üzərində bir eksperimentdir. Ona görə də ilk olaraq gizlənmiş emosional problemlər art terapiyada asanlıqla üzə çıxır. Emosional yaşamlar kağız üzərində simvollar şəklində ifadə olunur.
Qeyd edək ki, Gəncə Gənclər Evi 28 may, 34 ünvanında yerləşir.