24.1 C
Gence
24.1 C
Gence

Gəncədə Aqrar Universiteti daha bir şirkətlə birgə təşkilatçılıq üzrə anlaşıb

Azərbaycan Dövlət Aqrar Universiteti ilə “ISFA” MMC arasında birgə əməkdaşlıq memorandumu imzalanıb. Bu haqda təhsil ocağının saytında məlumat dərc edilib.

Anlaşmanın məqsədi aşağıdakılardır:

  • Şirkət əməkdaşlarının bilik və bacarıqlarının artırılması;
  • İxtisaslar üzrə kadr hazırlığını təşkil etmək;
  • Gələcək kadr ehtiyatlarının ödənilməsi istiqamətində birgə fəaliyyət həyata keçirmək;
  • Birgə tədris planı və proqramlarının hazırlanması;
  • Dövlət-özəl əməkdaşlığı çərçivəsində birgə istehsalat və təlimlərin təşkil edilməsi;
  • Büdcədənkənar gəlirləri stimullaşdırmaq;
  • Təhsil alanlarda sahibkarlıq vərdişlərinin aşılanması.

“ISFA” MMC–nin direktoru Samir Xeyirbəyov şirkətin həyata keçirdiyi layihələr haqqında danışıb. O deyib ki, Aqrar Universitetinin tələbələri kənd təsərrüfatı sahələri haqqında ətraflı bilik-məlumat alacaqlar. Onlar faydalı təcrübə proqramlarında iştirak edəcəklər.

Sonra tərəflər arasında qarşılıqlı əməkdaşlığa dair memorandum imzalanıb.

Ən Çox Oxunan