20.6 C
Gence
20.6 C
Gence

Gəncədə “Şanlı Qələbəmizin Qəhrəmanları” 2 adlı sərgi keçirilib

Gəncədə rəsm sərgisi keçirilib. Bu haqda 31 yanvar tarixində Gənclər Evi məlumat paylaşıb.

“Şanlı Qələbəmizin Qəhrəmanları” 2 adlı sərgi Gəncə Gənclər Evinin və Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin birgə təşkilatçılığı ilə baş tutub. Tədbirdə rəsm dərnəyinin tələbəsi Aysel Ağamalıyevanın əl işləri nümayiş olunub. Əsərlər Vətən uğrunda canını fəda edərək şəhidlik zirvəsinə yüksələn qəhrəmanlarımıza və qazilərimizə həsr olunub. Burada 20 şəhid və qazinin qara qələmlə çəkilmiş portretləri yer alıb.

Sərgidə 60 nəfər iştirak edib. Sonda Aysel Ağamalıyeva təşəkkürnamə ilə təltif olunub.

Gəncə Gənclər Evinin rəsmi Facebook səhifəsindən foto
Gəncə Gənclər Evinin rəsmi Facebook səhifəsindən foto

Ən Çox Oxunan