Gəncədə 2 noyabr tarixində 2 nəfər dəm qazından boğulub. Bu haqda Gencexeber.az APA-ya istinadən məlumat verir.
Hadisə gecə saatlarında Üzeyir Hacıbəyov küçəsində baş verib. 34 yaşlı Pərvanə Ələsgərova və qızı 9 yaşlı Altunay Ələsgərova xəstəxanaya yerləşdiriliblər. Məlum olub ki, onlar dəm qazından zəhərləniblər.
Xəstələrə tibbi yardım göstərilib və vəziyyətlərinin normal olduğu bildirilir.