“Körpələr Evinin” əməkdaşları 2 aylıq körpə qız uşağını təhvil alıblar. Bu haqda Gencexeber.az 8 noyabr tarixində Report.az-a istinadən xəbər verir.
Körpə 2 saylı Birləşmiş Uşaq Xəstəxanasına təhvil verilib. Körpə müayinə olunub və hazırda vəziyyəti normaldır.
“O, suni qida alır, hər hansı bir xəstəliyi aşkarlanmayıb. Onun çəkisi 4 kiloqramdan artıqdır, boyu isə 58 santimetrdir. Körpənin “Uşaq Evinə” kimin təhvil verdiyi barədə isə məlumatımız yoxdur” – deyə xəstəxanadan bildirib.
Verilən məlumata əsasən, ana qızını körpələr evinə özü verib.