Gəncədə Zəfər günü münasibəti ilə elan olunmuş amnistiya aktının icrasına başlanılıb. Bu haqda Gencexeber.az 11 noyabr tarixində “Kəpəz” televiziyasına istinadən məlumat verir.
Akt 2 nömrəli İstintaq təcridxanasından 8, Penitensiar xidmətin 5 saylı məntəqə tipli cəza çəkmə müəssisəndən isə 10 nəfərə şamil olunur. Onlardan 8-i artıq azadlıqdadır.
Qeyd edək ki, ümumilikdə üç min nəfər cəzasının çəkilməmiş hissəsini çəkmədən azad edilib.