9.7 C
Gence
5.5 C
Ganja

Gəncədə Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin təşkilatçılığı ilə simpozium keçiriləcək

Gəncədə tibb simpoziumu keçiriləcək. Bu haqda 23 oktyabr tarixində Diasporla İş üzrə Dövlət Komitəsi məlumat paylaşıb.

Azərbaycanda ilk dəfə Səhiyyə Nazirliyi, Diasporla İş üzrə Dövlət Komitəsi və Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin təşkilatçılığı və xüsusi dəstəyi ilə Zəfər Tibb Simpoziumu keçiriləcək.

Tədbirdə Almaniya modeli nümunəsində serebrovaskulyar mərkəzin təşkilinin əhəmiyyəti, insult mərkəzlərinin təşkili və radiologiya sahəsindəki ən müasir təcrübələrdən danışılacaq. Almaniyalı qonaqların hazırladığı ən son elmi yeniliklər iştirakçıların və ictimaiyyətin diqqətinə çatdırılacaq.

Qeyd edək ki, simpozium 28 oktyabr-1 noyabr tarixlərində Bakı, Gəncə və Göygöl şəhərlərində baş tutacaq.

Ən Çox Oxunan