19.7 C
Gence
18.5 C
Ganja

Gəncədə alüminium zavodu fəaliyyət göstərəcək

Gəncədə zavod tikiləcək. Bu haqda məlumatı iyulun 18-i Report-a istinadən veririk.

“Azərbaycan Sənaye Korporasiyası” ASC ilə Almaniyanın “Achenbach Buschhütten” şirkəti arasında müqavilə imzalanıb. Sənədə əsasən, Azərbaycanda alüminium məhsullarının istehsalı üzrə birgə müəssisə təsis ediləcək.

İqtisadiyyat naziri Mikayıl Cabbarov məsələ ilə bağlı məlumat verib.

“Gəncədə illik istehsal gücü 105 min ton olan alüminium yayma məhsullarının istehsalı müəssisəsi qurulacaq. Layihənin birinci mərhələsi 132 milyon ABŞ dolları dəyərində ixrac imkanlarının genişləndirilməsinə töhfə verəcək”, – deyə nazir qeyd edib.