25.6 C
Gence
20.5 C
Ganja

Gəncədə ailə həyatını quran və boşananların sayı bəlli olub

Gəncədə nikahların və boşanmaların sayı açıqlanıb. Bu haqda məlumatı avqustun 13-ü Marja.az-a istinadən veririk.

Gəncə Şəhər Statistika İdarəsinin yaydığı məlumata görə, 2022-ci ilin yanvar-iyun aylarında şəhərin qeydiyyat şöbələrində 790 nikah bağlanıb.

Bundan başqa, həmin dövrdə 285 boşanma halları qeydə alınıb.

Xatırladaq ki, 2021-ci il ərzində şəhərdə 1614 nikaha daxilolma və 752 boşanma halları qeydə alınmışdır.