12.5 C
Gence
10.5 C
Ganja

Gəncədə şahmat və dama üzrə yarış baş tutub

Gəncədə dama və şahmat turniri keçirilib  Bu haqda 21 fevral tarixində Gəncə şəhər Gənclər və İdman Baş idarəsi məlumat paylaşıb.

Baş idarənin və “Təhsil” RİM-nin Gəncə şəhər 2 nömrəli Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin birgə təşkilatçılığı ilə keçirilən turnir Xocalı Soyqırımının 30-cu ildönümünə həsr olunub. İlk öncə faciə qurbanları 1 dəqiqəlik sükutla yad olunub. İştirakçılara soyqırım haqda məlumat verilib.

Dama üzrə kadetlər və kiçik kadetlər qrupunda 27-si qız olmaqla ümumilikdə 69 yeniyetmə damaçı mübarizə aparıb. Şahmat yarışında A, B, C qrupları üzrə 51-i qız olmaqla 236 şahmatçı İsveçrə sistemi ilə iştirak edib.

Hər qrup üzrə ilk 3 yeri tutmuş oğlan və qızlar müvafiq diplomlarla təltif olunublar.

Gəncə şəhər Gənclər və İdman Baş idarəsinin rəsmi Facebook səhifəsindən foto
Gəncə şəhər Gənclər və İdman Baş idarəsinin rəsmi Facebook səhifəsindən foto

Ən Çox Oxunan