25.8 C
Gence
25.8 C
Gence

Gəncədə şagirdlər üçün Konstitusiya hüquqları ilə bağlı məşğələ keçirilib

Gəncədə Konstitusiya hüquqları ilə bağlı dərs keçirilib. Bu haqda Gəncə şəhər 22 nömrəli tam orta məktəb məlumat paylaşıb.

“Konstitusiya hüquqlarını bilək və qoruyaq” adlı dərsdən kənar məşğələ məktəbin ingilis dili müəllimi Sevinc Məmmədova tərəfindən təşkil olunub. Dərsdə 8-ci sinif şagirdləri iştirak ediblər. Məşğələnin məqsədi uşaqlara Konstitusiya hüquqları və hüquq bərabərliyi üzərində qurulmuş multikulturalizm dəyərləri, cəmiyyətdə insan hüquqlarına əməl olunmasının vacibliyini anlatmaq və bunu ingilis dilində ifadə edə bilmək olub.

Dərs zamanı şagirdlər qrup şəklində tapşırıqlar yerinə yetiriblər.

22 nömrəli tam orta məktəbin rəsmi Facebook səhifəsindən foto
22 nömrəli tam orta məktəbin rəsmi Facebook səhifəsindən foto

Ən Çox Oxunan