21.9 C
Gence
14.5 C
Ganja

Gəncədə şadlıq sarayının sahibi cərimələnib

Gəncədə toyda karantin qaydaları pozulub. Bu haqda Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) 30 oktyabr tarixində məlumat paylaşıb.

Agentlik respublika ərazisindəki ictimai iaşə obyektlərində reydləri davam etdirir. Gəncənin Atabəylər küçəsində yerləşən “Şahzadə” şadlıq sarayında baxış keçirilən zaman müvafiq portaldan rəsmi qaydada qeydiyyatdan keçmədən kütləvi tədbirin təşkil olunduğu, sıxlıq normalarının gözlənilmədiyi aşkarlanıb.

Bununla bağlı müəssisənin rəhbərliyi inzbati məsuliyyətə cəlb olunub.