26.4 C
Gence
26.4 C
Gence

Gəncədə şadlıq sarayının sahibi cərimələnib

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Gəncədə şadlıq sarayının sahibini cərimələyib. Bu haqda agentlik 10 noyabr tarixində məlumat paylaşıb.

Mahrasa bağı qəsəbəsindəki “Şəms” şadlıq sarayında baxış keçirilib. Yoxlama zamanı zalda sıxlıq normalarının gözlənilmədiyi və bir masa arxasında 10 nəfərdən artıq şəxsin əyləşdiyi məlum olub. Bu səbəbdən müəssisənin rəhbərliyi inzibati məsuliyyətə cəlb olunub.

Qeyd edək ki, AQTA pandemiya dövrünün tələblərinə, bu sahədə müvafiq qanunvericiliyin icrasına, həmçinin koronavirusun (COVID-19) profilaktikasına dair Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin icrasına nəzarət məqsədi ilə monitorinqləri davam etdirir.

Ən Çox Oxunan