21.4 C
Gence
21.4 C
Gence

Gəncədə “Ağıllı və yaşıl şəhər” layihəsi haqda danışılıb

Gəncədə “Ağıllı və yaşıl şəhər” texnologiyalarının təqdimatı keçirilib. Bu haqda Gəncə şəhər İcra Hakimiyyətinin Facebook səhifəsində məlumat dərc edilib.

Macarıstanın Azərbaycandakı səfiri Viktor Szederkenyinin başçılıq etdiyi nümayəndə heyəti Gəncəyə səfər edib. Macarıstanlı iş adamları Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovla görüşüblər.

Macarıstanın müxtəlif şirkətlərinin nümayəndələri öz məhsulları barədə ətraflı məlumat veriblər. Təqdimatlar zamanı müasir “ağıllı” piyada keçidlərinin, günəş paneli ilə təchiz olunan oturacaqlar haqda danışıblar. Su sərfiyyatının azaldılmasına, elektrik enerjisinə qənaət edilməsinə xidmət edən bir sıra digər məhsullar barədə geniş məlumat verilib.

Gəncə Şəhər İcra Hakimiyyətinin rəsmi Facebook səhifəsindən foto
Gəncə Şəhər İcra Hakimiyyətinin rəsmi Facebook səhifəsindən foto

Ən Çox Oxunan