19.1 C
Gence
19.1 C
Gence

Gəncədə 89 yaşlı keçmiş idmançı vəfat edib

Gəncədə Əməkdar bədən tərbiyəsi və idman xadimi dünyasını dəyişib. Bu haqda Report-a istinadən məlumat veririk.

Camal Cəlal oğlu Yaqubov bu gün, 13 dekabr tarixində 89 yaşında vəfat edib.

O, 1932-ci ildə dekabrın 10-da Gəncədə anadan olmuşdur. SSRİ çempionatının bürünc mükafatçısı, “İdman ustası”, “Respublikanın və SSRİ-nin maarif əlaçısı”, “Fəxri bədən tərbiyəsi və idman işçisi” fəxri adlarına layiq görülmüş idmançının 30 ildən artıq elmi-pedoqoji fəaliyyəti olub.

29 dekabr 2010-cu il tarixində Prezidentin Sərəncamı ilə “Əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adına layiq görülmüşdür.

Ən Çox Oxunan