Gəncə sakini yaşadığı evi yandırıb. Bu haqda məlumatı iyulun 2-si Report-a istinadən veririk.
Hadisə şəhərin Həmid Sultanov küçəsində yerləşən fərdi evlərin birində qeydə alınıb. 72 yaşlı Ə.Fətullayev ümumi sahəsi 66 kv.m olan evini benzin tökərək yandırıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Gəncə şəhər Yanğından Mühafizə İdarəsinin dörd yanğınsöndürən avtomobil və 28 nəfər əməkdaş cəlb olunub. Yanğın söndürülüb, ətrafdakı tikililər mühafizə olunub.
Ev, içərisindəki əşyalarla birgə tamamilə yanıb. Hadisə nəticəsində xəsarət alan olmayıb.
Fətullayevin hansı səbəblərdən yanğını törətdiyi məlum deyil. Faktla bağlı araşdırma aparılır.