Gəncədə satılan məhsullarla bağlı statistik göstəricilər açıqlanıb. Bu haqda məlumatı avqustun 10-u Fed.az-a istinadən veririk.
Gəncədə pərakəndə ticarət şəbəkəsində istehlakçılara 646,7 milyon manat dəyərində məhsul satılıb. 289,9 milyon manat ərzaq məhsulları, içkilər və tütün məmulatları, 356,8 milyon manat isə qeyri-ərzaq mallarına xərclənib. Göstəricilər 2022-ci ilin yanvar-iyun aylarına aiddir.
Qeyd edək ki, 2021-ci ilin yanvar-iyun ayları ilə müqayisədə şəhərdə pərakəndə ticarət dövriyyəsi real ifadədə 1,5 faiz artıb.