top
Gəncədə 55 yaşlı kişi möcüzə nəticəsində SAĞ QALIB
23 oktyabr 2024, 20:00
- +

Gəncədə 55 yaşlı kişi möcüzə nəticəsində SAĞ QALIB

 

Gəncədə kişi sayıqlığı sayəsində binanın damından düşən fasad qırıntılarından yayına bilib.

Gencexeber.az məlumat verir ki, hadisə iki həftə öncə şəhərin Dədə Qorqud küçəsində (Köhnə Yevlax avtovağzalı) yerləşən “Nicat Aptek”in qarşısında baş verib. Belə ki, beşmərtəbəli binanın önündən keçən 1969-cu il təvəllüdlü Arif Nəzərovun üzərinə tikilinin fasadından ayrılan hissələri tökülüb. Kişi son anda bədbəxt hadisədən yayınmağı bacarıb.

A.Nəzərovun oğlu Nicat müvafiq videogörüntünü redaksiyamıza təqdim edib. Kadrlarda atasının sayıqlığının onun həyatını necə xilas etdiyi görünür.

Qeyd edək ki, bu vəziyyət şəhərdəki köhnə tikililərin fasadlarının təmir edilməsi zamanı aparılan işlərin təhlükəsizlik tələblərinə nə dərəcədə cavab verməsi sualları doğurur. Hətta bu səbəbdən 2022-ci ilin martın 19-da Nizami Gəncəvi prospektində xoşagəlməz hadisə də baş verib. Güclü külək nəticəsində yolun kənarında dayanan ana və azyaşlı qızının üzərinə evin divarına çəkilmiş üz daşları tökülüb. Həmin şəxslər ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Xatırladaq ki, bir müddət öncə binalardan birinin damından iri dəmir parçasının asılı vəziyyətdə qalması haqda xəbər vermişdik.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 13:00

Məktəblilərdə onurğa problemləri

Bütün xəbərlər
Bu gün, 11:00

Avtozavod qəsəbəsində park baxımsız qalıb - ŞİKAYƏT

Bütün xəbərlər
Dünən, 16:10

"Opel"lə "KİA" toqquşub, xəsarət alanlar var

Bütün xəbərlər
Dünən, 15:38

Əməkdar artist Abbas Bağırovun doğum günüdür

Bütün xəbərlər
Dünən, 14:24

Sabah dolu düşəcək - PROQNOZ

Bütün xəbərlər
Dünən, 13:50

FHN Gəncədə yanğın-taktiki təlim keçirib

Bütün xəbərlər
Dünən, 12:05

Tovuz gömrüyündə ƏMƏLİYYAT - Bəyan edilməyən 43 mindən çox dərman

Bütün xəbərlər
Dünən, 11:43

65 yaşlı balıqçının meyiti tapılıb

Bütün xəbərlər
Dünən, 11:17

BDYPİ-dən MÜRACİƏT

Bütün xəbərlər
Dünən, 10:45

Əməliyyatdan sonra ölən azyaşlı ilə bağlı AÇIQLAMA

Bütün xəbərlər
Dünən, 10:04

Kommunikasiya xətlərinin üzərində tikilən evlərin sənədləşdirilməsi mümkün deyil - Dövlət Xidmətinin rəisi

Bütün xəbərlər
Dünən, 09:28

Dilqəm Əsgərov oğluna xəsarət yetirməkdə ittiham olunur

Bütün xəbərlər
Dünən, 09:07

Bu gün gəncəli şairin vəfatından 12 il ötür…

Bütün xəbərlər
28 avqust 2026, 18:02

Yeniyetmə qızdan ağlasığmaz əməl — 22 yaşlı oğlanı evinə çağırıb…

Bütün xəbərlər
28 avqust 2026, 17:30

Gəncədə baxımsız halda qalan 149 illik Qızılhacılı məscidi…

Bütün xəbərlər
28 avqust 2026, 16:28

Gəncə əhalisinin elektrik və təbii qaza tələbatı ARTIB

Bütün xəbərlər
28 avqust 2026, 12:41

Sakinlərə şad xəbər: Bu yol təmir edilir

Bütün xəbərlər
28 avqust 2026, 11:00

Gəncədə 6 ayda 372 milyon manatlıq sənaye məhsulu istehsal edilib

Bütün xəbərlər
28 avqust 2026, 09:15

Gəncədə piyada keçidlərində təhlükəli vəziyyət

Bütün xəbərlər
27 avqust 2026, 17:13

İri müəssisə vakansiyalar elan edib

Bütün xəbərlər
27 avqust 2026, 16:47

Gəncədə "Dubay bazarı"nda yanğın: Qaz balonu alışdı

Bütün xəbərlər
27 avqust 2026, 11:50

Şəkər xəstələrinin dərman növbəsində izdiham yaşandı

Bütün xəbərlər
27 avqust 2026, 11:23

"BakuBus" MMC-nin Gəncə Avtoparkına yeni rəis təyin olunub

Bütün xəbərlər
27 avqust 2026, 10:41

Gəncədə avtomobillər qaz xəttinə çırpıldı

Oxşar xəbərlər