17.7 C
Gence
17.7 C
Gence

Gəncədə 51 yaşlı qadının bıçaqlanmasının təfərrüatları məlum olub

Gəncədə bıçaqlanan qadının qardaşı tərəfindən xəsarət alması üzə çıxıb. Bu haqda fevralın 3-ü Report.az-a istinadən məlumat veririk.

Yanvarın 29-da baş verən hadisənin bəzi təfərrüatları məlum olub. 51 yaşlı P.Hüseynovanın qardaşı olan 61 yaşlı M.Hüseynov tərəfindən bıçaqlandığı ortaya çıxıb. Hadisənin ailə münaqişəsi zəminində baş verdiyi bildirilir.

Artıq M.Hüseynov şübhəli şəxs qismində saxlanılıb. Bıçaq xəsarəti alan qadının müalicəsi isə davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.

Ən Çox Oxunan