Gəncədə naməlum 49 şəhidin qəbirlərindən nümunələr götürülərək ekspertizaya göndərilib. Bu haqda Gencexeber.az 29 sentyabr tarixində Report.az-a istinadən xəbər verir.
Müvafiq nümunələr tibbi-genetik tədqiqat üçün götürülüb və ekspertizaya aparılıb. İşlər Baş Prokurorluğun əməkdaşları tərəfindən məhkəmə-tibbi kriminalistik ekspertin iştirakı ilə aparılıb.
Bir müddət öncə naməlum şəhid məzarları ilə bağlı ekshumasiya və tibbi-genetik ekspertizasının aparılması üçün Baş Prokurorluğa müraciətlər daxil olmuşdur.