25.8 C
Gence
25.8 C
Gence

Gəncədə 40 nəfər dilənçi saxlanılıb

Gəncədə 23 dekabr tarixində dilənçiliklə məşğul olanlar saxlanılıblar. Bu haqda Report-a istinadən məlumat veririk.

Nizami rayon Polis idarəsinin əməkdaşları şəhər ərazisində profilaktiki tədbirlər keçiriblər. Onlar tüfeyli həyat tərzi keçirən və dilənçilik edənləri saxlayıblar.

Ümumilikdə 40 nəfər Polis idarəsinə gətirilib. Həmin şəxslərlə profilaktiki söhbətlər aparılıb, 31 nəfər barəsində protokol tərtib edilib.

Saxlanılanlar qeydiyyatda olduğu şəhər və rayonlara göndərilib.

Ən Çox Oxunan