25.8 C
Gence
25.8 C
Gence

Gəncədə 4 otaqlı evin 1 otağında yanğın baş verib

Gəncədə kafe kimi fəaliyyət göstərən evin bir otağında yanğın baş verib. Bu haqda məlumat Fövqəladə Hallar Nazirliyinin saytında dərc edilib.

Hadisə şəhərin Nizami rayonunda qeydə alınıb. 147 kvadrat metr olan birmərtəbəli 4 otaqlı evin 1 otağının yanar konstruksiyaları və dam örtüyü 10 kvadrat metr sahədə alışıb.

Yanğından mühafizə bölmələri tərəfindən alov söndürülüb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Ən Çox Oxunan