19.1 C
Gence
19.1 C
Gence

Gəncədə 4 nəfər oğurluqda şübhəli bilinərək saxlanılıb

Gəncədə 4 nəfər saxlanılıb. Bu haqda Gencexeber.az 10 noyabr tarixində Report-a istinadən məlumat verir.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində əvvəllər məhkum olunmuş Sahib Hüseynov və Atəş Paşayev, həmçinin Elmir İsmayılov və Asim Quliyev oğurluqda şübhəli bilinərək saxlanılıblar.

Araşdırmalar zamanı Sahib Hüseynovun sərnişinlərin sıx olduğu vaxtlarda şəhərdaxili avtobuslarda vətəndaşların çantasından və cibindən mobil telefon və nağd pul, Atəş Paşayevin 500 manat dəyərində elektrik qurğularını, Elmir İsmayılovun şəhər ərazisindəki binalardan 5 vətəndaşa məxsus ümumi dəyəri 590 manat olan su mühərriklərini, Asim Quliyevin isə ümumilikdə 450 manat dəyərində su sayğacı, velosiped və mobil telefon oğurladıqları məlum olub.

Faktlarla bağlı araşdırmalar davam edir.

Ən Çox Oxunan