19 C
Gence
19 C
Gence

Gəncədə 4 avtomobil yanaraq yararsız hala düşüb

Gəncədə yerləşən avtomobil dayanacağında 4 maşın yanıb. Bu haqda məlumat Gencexeber.az-a fevralın 10-u daxil olub.

Hadisə Məmməd Xələfov küçəsində, Abbas Səhhət xəstəxanasının arxasında yerləşən avtomobil dayanacağında baş verib. Orada iki “Mercedes” markalı avtomobil tam, birisi isə qismən yanıb. Daha sonra alov “VAZ-2106” markalı maşına keçib.

Gecə saatlarında baş verən fövqaladə hal zamanı xəsarət alan olmayıb. İlkin məlumata əsasən, maşınların birində qısaqapanma baş verib.

Cəlb olunan yanğından mühafizə bölməsinin 6 briqadası alovu söndürüblər.

Foto Gencexeber.az
Foto Gencexeber.az
Foto Gencexeber.az
Foto Gencexeber.az

 

Ən Çox Oxunan