20.8 C
Gence
14.5 C
Ganja

Gəncədə 310 manat borca görə qohumunu öldürən şəxsə hökm oxunub

Gəncə Tibb Kollecinin müəllimini öldürən şəxsə hökm oxunub. Bu haqda Report.az-a istinadən məlumat veririk.

Qətli törətməkdə təqsirləndirilən Seymur Rəfiyev 15 il müddətinə azadlıqdan məhrum edilib. Bu barədə hökm Gəncə Ağır Cinayətlər Məhkəməsində elan olunub.

Hadisə 2020-ci il avqustun 28-də Gəncə şəhəri ərazisində qeydə alınmışdır. Seymur Natiq oğlu Rəfiyev xalasının əri, 67 yaşlı Yusif Fərhad oğlu Dəmirovu qətlə yetirmişdir.

Qeyd edək ki, mərhum Gəncə Tibb Kollecinin Azərbaycan tarixi müəllimi olub. İttiham aktına əsasən, Rəfiyev qohumunu ondan aldığı 310 manat borca görə öldürüb.