Gəncədə dəm qazından zəhərlənmə hadisəsi baş verib. Bu haqda 22 fevral tarixində Apa-ya istinadən məlumat veririk.
31 yaşlı S.Səttarzadə yaşadığı evdə dəm qazından zəhərlənib. O, xəstəxanaya yerləşdirilib. Qadının vəziyyətinin kafi olduğu bildirilir.
Xatırladaq ki, bir müddət öncə iki tələbə yaşadıqları evdə zəhərlənərək xəstəxanaya yerləşdirilmişdir.