23 C
Gence
23 C
Gence

Gəncədə 3000 manat dəyərində oğurluq olub

Gəncədə oğurluq hadisəsi baş verib. Bu haqda 2 fevral tarixində Report-a istinadən məlumat veririk.

Hadisə 4-cü mikrorayonda qeydə alınıb. Şəhər sakini Elnur Heydərovun evi qarət edilib. Onun sözlərinə görə, hadisəni törədən şəxs və ya şəxslər hasardan aşaraq evin seyf qapısının kilidini sındıraraq içəri giriblər. Yaşayış obyektində təmir işləri aparılırdı. Buradan 3000 manat dəyərində ustalara məxsus texniki avadanlıq və alətlər, mühərrik və istilik sisteminə aid qurğular oğurlanıb.

Faktla bağlı Kəpəz rayon Polis idarəsində araşdırma aparılır.

Ən Çox Oxunan