Gəncədə 3 məktəbdə siniflər bağlanıb. Bu haqda Gencexeber.az 19 oktyabr tarixində Baku.ws-ə istinadən məlumat verir.
Şəhərin 4, 31 və 39 nömrəli orta məktəblərində 3 sinif koronavirus səbəbindən distant təhsilə keçib.
Bağlanan ibtidai siniflərdir və səbəbi müəllimlərdə koronavirus infeksiyasının aşkarlanmasıdır.