Gəncədə fəaliyyət göstərən ictimai iaşə obyektləri və restoranlarda monitorinqlər keçirilib. Bu haqda 2 may tarixində Gəncəxəbər.az Apa.az-a istinadən xəbər verir.
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən verilən məlumata əsasən, keçirilən monitorinq və səyyar laboratoriya vasitəsilə aparılan ölçmə işləri zamanı Gəncə şəhərində fəaliyyət göstərən “Kübar”, “Dan ulduzu”, “Sübhan” ictimai iaşə obyektləri və restoranlarından havaya atılan tullantıların miqdarının normadan artıq olduğu müəyyən edilib.
Faktlarla bağlı obyektlərin səlahiyyətli nümayəndələri barəsində protokol tərtib olunub və onlar vəzifəli şəxs qismində cərimələniblər. Monitorinq və nəzarət tədbirləri davam etdirilir.