25.3 C
Gence
25.3 C
Gence

Gəncədə 3 nəfərdən narkotik tapılıb

Gəncə sakinlərindən narkotik tapılıb. Bu haqda 14 yanvar tarixində Report-a istinadən məlumat veririk.

Kəpəz Rayon Polis İdarəsinin əməkdaşları şəhər sakini Mehdi Mahmudovu saxlayıblar. Onun üzərindən heroin aşkarlanıb. Evinə baxış keçirilən zaman buradan külli miqdarda narkotik tapılıb.

Bundan başqa şəhər sakini Vüqar Ağayevdən metamfetamin aşkarlanaraq götürülüb.

Nizami Rayon Polis İdarəsinin əməkdaşları da əməliyyatlar keçiriblər. Nəticədə daha bir sakin, Hüseyn Alıyev saxlanılıb. Onun üzərindən sellofan torbada 460 qram çəkisi olan qurudulmuş marixuana tapılıb.

Aşkarlananlar maddi sübut kimi götürülərək ekspertizaya təhvil verilib.

Ən Çox Oxunan