23 C
Gence
23 C
Gence

Gəncədə 3 nəfər saxlanılıb

Gəncədə 11 noyabr tarixində 3 nəfər saxlanılıb. Bu haqda Gencexeber.az Report-a istinadən məlumat verir.

Polis əməkdaşlarının apardıqları əməliyyatlar nəticəsində əvvəllər məhkum olunmuş şəhər sakini Asəf Quluzadə saxlanılıb. Onun üzərindən metamfetamin aşkarlanıb. Evinə baxış keçirilən zaman buradan 130 qram psixotrop maddə tapılıb.

Digər əməliyyatlar zamanı Nizami rayonunda oğurluq etməkdə şübhəli bilinən iki azyaşlı saxlanılıb. Onlar cari ilin müxtəlif vaxtlarında şəhər ərazisindəki 2 mağazaya qeyr-qanuni yolla daxil olaraq 3500 manata yaxın nağd pul oğurlayıblar.

Faktlarla bağlı araşdırmalar davam edir.

 

Ən Çox Oxunan