25.3 C
Gence
19.5 C
Ganja

Gəncədə 3 maşın toqquşub: bir neçə nəfər xəsarət alıb

Gəncədə zəncirvari qəza baş verib. Bu haqda iyunun 6-sı Report-a istinadən veririk.

Şəhər ərazisində 3 avtomobil toqquşub. Nəticədə 61 yaşlı Maarif Abbasov, 53 yaşlı İlhamə Məhərrəmova və daha bir neçə nəfər xəsarət alıblar. Yaralılar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırmalara başlanılıb.