24.8 C
Gence
24.8 C
Gence

Gəncədə 27 nömrəli məktəbin müəllimi təltif olunub

Gəncə şəhəri 27 nömrəli məktəb-liseyin müəlliminin təhsilin inkişafında xidmətləri diqqətsiz qalmayıb. Bu haqda təhsil ocağının Facebook səhifəsində məlumat dərc edilib.

Prezident İlham Əliyev Sərəncam imzalayıb. Ona əsasən, azərbaycan dili və ədəbiyyat müəllimi Nazim Yaqub oğlu Həsənov “Əməkdar müəllim” fəxri adına layiq görülüb. Onun təhsilin inkişafında xidmətləri qiymətləndirilib.

Daha öncə, Gəncə şəhər 12 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəlliminin təltif olunması haqda məlumat vermişdik.

Ən Çox Oxunan