Gəncədə gənc oğlan bıçaqlanıb. Bu haqda 25 yanvar tarixində Apa-ya istinadən məlumat veririk.
Hadisə şəhərin mərkəzində qeydə alınıb. Belə ki, Kəlbəcər rayon sakini, 21 yaşlı S.Əliyev başından bıçaqlanıb. Yaralıya tibbi yardım göstərilib. Onun vəziyyətinin normal olduğu bildirilir.
Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil.
Faktla bağlı araşdırma aparılır.