26.4 C
Gence
26.4 C
Gence

Gəncədə 21 yaşlı gənc hündürlükdən yıxılıb

Gəncədə gənc oğlan hündürlükdən yıxılıb. Bu haqda 16 fevral tarixində Report-a istinadən məlumat veririk.

Hadisə Cavadxan (Avtozavod) qəsəbəsində qeydə alınıb. 21 yaşlı S.Həsənov hündürlükdən yıxılıb. O, ağır xəsarət alıb. Yaxınları gənci xəstəxanaya çatdırıblar. Hazırda Həsənov huşsuzdur. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Ən Çox Oxunan