24.1 C
Gence
24.1 C
Gence

Gəncədə 2008-ci ildə törədilən cinayət işinin üstü açılıb

Gəncədə 13 il əvvəl törədilən cinayətin üstü açılıb. Bu haqda 24 avqust tarixində Baş Prokurorluq və Daxili İşlər Nazirliyi məlumat paylaşıb.

Keçirilən əməliyyatlar nəticəsində 2008-ci ildə Gəncə şəhər sakini, 1940-cı il təvəllüdlü Nadejda Nəzərlinin yaşadığı evdə öldürülməsi ilə bağlı cinayət işinin üstü açılıb.

Məlum olub ki, Gəncə şəhər sakini 1986-cı il təvəllüdlü Seymur Salayev və dostu Şəhriyat Qirin Nəzərlinin evinə girərək qarət etməyi planlaşdırıblar. 13 may 2008-ci ildə saat 21:00 radələrində onlar qadının evinin qarşısına gəlib mərhumu aldadaraq evinə daxil olmuşdular. Qarəti asanlaşdırmaq məqsədi ilə Şəhriyat Nəzərlininin ağzından tutub özünə doğru çəkmiş, Seymur Salayev isə bıçaqla boğaz nahiyəsinə xəsarətlər yetirərək qəsdən öldürmüşdü.

Cinayət işi üzrə avqustun 23-də Cinayət Məcəlləsinin 120.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən adam öldürmə), 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə) və digər maddələri ilə məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri görülüb.

Ən Çox Oxunan