14.7 C
Gence
14.7 C
Gence

Gəncədə “20 Yanvar faciəsi – İnsan hüquqları müstəvisində” tədbir keçirilib

“20 Yanvar faciəsi – İnsan hüquqları müstəvisində” mövzusunda tədbir keçirilib. Bu haqda məlumatı Gencexeber.az bu gün, 18 yanvar tarixində Gəncə şəhər Heydər Əliyev Mərkəzinə istinadən verir.

Tədbirdə Gəncə şəhər 32 nömrəli tam orta məktəbin müəllimləri və 6c sinif şagirdləri iştirak ediblər. İlk növbədə 20 Yanvar və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbirdə çıxış edənlər 20 Yanvar faciəsi haqqında geniş məlumat veriblər. Daha sonra bildirilib ki, dövlət müstəqilliyimizin bərpası, azadlığımız üçün ilk növbədə 20 Yanvar şəhidlərinə borcluyuq. Həmçinin çıxışcılar törədilmiş qırğının insanlıq əleyhinə cinayət olduğunu vurğulayıblar.

Sonda şagirdlər 20 Yanvar faciəsinə həsr olunmuş şeir kompozisiyası ilə çıxış ediblər.

Qeyd edək ki, tədbir Gəncə Regional Mədəniyyət İdarəsi, Gəncə şəhər Heydər Əliyev Mərkəzi, Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 16№-li kitabxana filialı və Ombudsmanın Gəncə Regional Mərkəzinin birgə təşkilatçılığı ilə baş tutub.

 

Ən Çox Oxunan