14.7 C
Gence
14.7 C
Gence

Gəncədə 20 Yanvar faciəsi ilə əlaqədar tədbir keçirilib

Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyində 20 Yanvar faciəsinə həsr olunmuş tədbir təşkil olunub. Bu haqda 19 yanvar tarixində Gəncə Şəhər İcra Hakimiyyəti MKTİB-nin mətbuat xidmətinə istinadən xəbər veririk.

Tədbirdə ilk növbədə 20 Yanvar şəhidlərinin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin rəisi Nurəhməd Əhmədov əməkdaşları qarşısında çıxış edərək bildirib: “20 Yanvar faciəsi xalqımızın yaddaşında hüzn və kədər, qürur və qəhrəmanlıq səhifəsi kimi qalıb. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə şəhidlərin qanı ilə Azərbaycanın yeni tarixi yazılıb. Həmin hadisə xalqımızın qəhrəmanlıq dastanına ən parlaq səhifələrdən biri kimi daxil olub”.

Qeyd edək ki, hər ilin bu günündə ölkəmizin bütün guşələrində xatirə tədbirləri keçirilir. Yüzlərlə insan Qanlı Yanvar qurbanlarının xatirəsini yad etmək üçün Şəhidlər xiyabanına axışır.

Ən Çox Oxunan