Gəncədə 20 minə yaxın abonentin mənzillərinə yeni kanalizasiya xətti çəkilib. Bu haqda Gencexeber.az 19 noyabr tarixində Kəpəz televiziyasına istinadən məlumat verir.
İndiyə kimi şəhərin 3-cü və 4-cü mikrorayonlarında 3 mindən çox abonentin mənzilinə kanalizasiya xətti çəkilib. Hazırda işlər 1-ci mikrorayon ərazisində aparılır. Yaxın 4 ay ərazində şəhərin 213 yaşayış binası yeni xəttə qoşulacaq.
Qeyd edək ki, paralel olaraq köhnə xətlərdə su itkilərinin qarşısını almaq üçün borular yenilənir. Gəncədə su-kanalzasiya layihəsinin reallaşdırılması çərçivəsində 50 minə yaxın abonent fasiləsiz olaraq içməli sudan istifadə edir.