Gəncədə 2 nəfər şəhər sakinini ildırım vurub. Hadisə iyulun 28-ə keçən gecə baş verib.
36 yaşlı Aydın Səlimovu Yeni Gəncə qəsəbəsində, 48 yaşlı Sərxan Kərimovu isə Cavadxan küçəsində ildırım vurub. Hər ikisi xəstəxanaya yerləşdirilib. “Report.az” verdiyi məlumata görə Səlimov koma vəziyyətindədir.
Daha öncə, ötən il 22 iyul tarixində Gəncədə 26 yaşlı Azər Novruzovu ildırım vurmuşdur. Hadisə nəticəsində Novruzov dünyasını dəyişib.