25.8 C
Gence
25.8 C
Gence

Gəncədə 198 ədəd saxta spirtli içki müsadirə edilib

Gəncədə 198 ədəd saxta spirtli içki aşkar edilib. Bu haqda yanvarın 25-i Report.az-a istinadən məlumat veririk.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları yoxlama keçiriblər. Nəticədə Tağı Arani küçəsində yerləşən ticarət mərkəzində fiziki şəxs Orxan Fidail oğlu Vəliyevin istifadəsində olan satış bölməsində saxta spirtli içkilərin saxlanıldığı üzə çıxıb.

198 ədəd yerli və xarici istehsalçı şirkətlərə məxsus müxtəlif adda əmtəə nişanı altında hazırlanan saxta spirtli içki müsadirə olunaraq saxlanca verilib.

Aşkar olunmuş faktla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb.

Ən Çox Oxunan