Gəncədə yeniyetmə 17 yaşlı oğlanı bıçaqlayıb. Bu haqda Gencexeber.az 25 oktyabr tarixində məlumat verir.
Hadisə şəhərin Qırmızı Kənd qəsəbəsində qeydə alınıb. İlkin məlumata əsasən 9-cu sinif şagirdi İsmayıl Novruzov 17 yaşlı Alim İsmayılovu bıçaqlayıb.
İsmayılov xəstəxanaya yerləşdirilərək əməliyyat olunub. Onun vəziyyətinin kafi olduğu bildirilir.
Novruzov saxlanılıb. Hadisənin baş vermə səbəbləri araşdırılır.