Gəncədə ümumi dəyəri 15 min manata yaxın pul, qızıl-zinət əşyaları və digər növ əşyaların oğurlamasında şübhəli bilinən şəxs saxlanılıb. Bu haqda Gencexeber.az 14 oktyabr tarixində Azertag.az-a istinadən xəbər verir.
Kəpəz Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində əvvəllər məhkum olunan M.Məmmədov tutulub.
Aşağıda göstərilənlər, onun oğurluq əməli nəticəsində mənimsəməsi ehtimal olunur:
- Evdən 560 manat məbləğində pul və 1500 manat dəyərində qızıl-zinət əşyaları
- Evdən isə 2000 manat dəyərində kombi aparatı və 54 ədəd istilik radiator
- Evdən 2900 manat dəyərində televizor
- Qarajdan 6000 manat dəyərində 1000 metr naqil
- Yarımtikilidən 1850 manat dəyərində təmir-tikinti alətləri və elektrik naqili
Faktla bağlı rayon polis idarəsi tərəfindən araşdırma aparılır.