Gəncədə fərdi yaşayış evində yanğın baş verib. Bu haqda Gencexeber.az 17 noyabr tarixində Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumat verir.
Hadisə şəhərin Kəpəz rayonunda qeydə alınıb. Yanğın ümumi sahəsi 140 kv.m olan birmərtəbəli üç otaqlı evdə baş verib. 34 kv.m sahəsində iki otağın yanar konstruksiyaları və dam örtüyü yararsız hala düşüb.
Hadisə yerinə cəlb olunan yanğından mühafizə bölmələri alovun evin qalan hissəsinə keçməsinin qarşısını alıblar.