Gəncədə 70-dən çox məktəb personalı koronavirusa yoluxub. Bu haqda 21 oktyabr tarixində Gencexeber.az “Kəpəz” televiziyasına istinadən məlumat verir.
Şəhərin 45 məktəb və liseyləri üzrə 74 müəllim və texniki işçilərin Covid-19 testi pozitiv çıxıb. Həmin şəxslər hazırda müalicə alır. Əlavə olaraq 72 şagirdə də koronavirus aşkarlanıb. 4, 18, 24, 29 və 31 nömrəli məktəblərdə 5 ibtidai sinif distant təhsilə keçib.
Qeyd edək ki, şagirdlər məktəbə daxil olunca onların hərarətləri yoxlanılır.