Gəncəli şəhidin il dönümü münasibəti ilə mərasim təşkil olunacaq.
14 noyabr saat 11:00-da İsa Abbasovun qəbr üstünə gediləcək. Saat 12:00-da isə Məmmədyusif Axundzadə küçəsi ev 70-də (Fövqəladə Hallar Nazirliyi ilə üzbəüz küçədə) ehsan veriləcək.
İsa Faiq oğlu Abbasov 2 avqust 1996-cı ildə Gəncə şəhərində doğulmuşdur. 2014-cü ildə 20 nömrəli tam orta məktəbi bitirən İsa 2018-ci ildə Gəncə Dövlət Universitetində ali təhsilini bitirmişdir.
Vətən Müharibəsinin başlaması ilə əlaqədar İsa Abbasov hərbi xidmətə çağrılmışdır. O, Füzuli və Xocavənd rayonları uğrunda gedən döyüşlərdə iştirak etmiş, Şuşanın azad olunmasında pay sahibi olmuşdur.
9 noyabr 2020-ci ildə Şuşa döyüşləri zamanı şəhidlik zirvəsinə ucalan İsa 14 noyabr Gəncə şəhər Şəhidlər xiyabanında dəfn olunmuşdur.
İsa Faiq oğlu Abbasov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamlarına əsasən aşağıda göstərilən medallar ilə təltif olunmuşdur:
- “Vətən uğrunda” (ölümündən sonra)
- “Cəsur döyüşçü” (ölümündən sonra)
- “Şuşanın azad olunmasına görə” (ölümündən sonra).