Gəncədə erməni terroru zamanı zərər çəkmiş obyektlərin təmir prosesi davam etdirilir. Bu haqda Gencexeber.az 29 oktyabr tarixində Apa-ya istinadən xəbər verir.
Şəhərin müxtəlif ərazilərində 3200-ə yaxın yaşayış və qeyri-yaşayış obyekti təmir-bərpa olunub. 12 ev yenidən tikilərək təmir olunur.
Qeyd edək ki, Gəncədə 44 günlük Vətən müharibəsi zamanı erməni terrorundan 3800-dən çox ev ziyan çəkib.