26.4 C
Gence
26.4 C
Gence

Gəncədə 100-dən çox cüdoçu şəhər birinciliyinə qatılıblar

Gəncədə Prezident İlham Əliyevin doğum günü münasibətilə cüdo üzrə açıq şəhər birinciliyi təşkil edilib. Bu haqda dekabrın 25-i Kəpəz televiziyasına istinadən məlumat veririk.

Yarış Metallurq İdman Kompleksində keçirilib. Çempionata 100-dən çox cüdoçu qatılıb. Orada yerli idman məktəblərinin yetirmələri qalib adı uğrunda mübarizə aparıblar. Yekunda fəxri yerlər tutan idmançılar diplom və medalla mükafatlandırılıblar.

“Yarışın keçirilməsində məqsəd yanvar ayının 13-dən 16-dək Bakıda təşkil olunacaq yeniyetmələrin Azərbaycan birinciliyinə seçim xarakter daşıyır” – bunları, cüdo üzrə qərb bölgəsinin baş məşqçısı Hüseyn Allahverdiyev söyləyib.

Ən Çox Oxunan