Gəncədə dələduzluq və oğurluq etməkdə şübhəli bilinən şəxs tutulub. Bu haqda Gencexbeer.az 19 noyabr tarixində Report.az-a istinadən məlumat verir.
Kəpəz rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Arzu Puşkarov saxlanılıb. Aparılan araşdırmalar zamanı müəyyən edilib ki, təqsirləndirilən cari ilin müxtəlif vaxtlarında 10-a yaxın taksi sürücüsündən dələduzluq yolu ilə pul mənimsəyib.
Bundan başqa saxlanılan şəxsin ümumilikdə 5 vətəndəşa məxsus evdən su mühərrikini oğurlması məlum edilib.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.