Gəncədə evin içərisi yanaraq külə çevrilib. Bu haqda 17 mart tarixində xəbər veririk.
Hadisə Məhsəti qəsəbəsində qeydə alınıb. Ehtimal edilir ki, 1 otaqlı evdə qısaqapanma səbəbindən yanğın baş verib. Yanğın yerinə FHN-in əməkdaşları cəlb ediliblər.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Lent.az-ın verdiyi məlumata əsasən, ev 33 yaşlı Sənan Həsənova məxsusdur. Sənan Həsənov 44 günlük Vətən müharibəsinin iştirakçısıdır. O, şiddətli döyüşlərdə yaralanıb.